Jurnalistdən rüşvət  tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Bir neçə gün əvvəl "dogruxeber.tv" informasiya portalında Zərifə Əliyeva adına Göz Klinikasında vətəndaşların incidilməsi, onlardan müayinə və digər prosedurlar üçün pul tələb olunması, eyni zamanda öz ailə üzvünü müayinə və əməliyyat üçün sözügedən xəstəxanaya aparan əməkdaşımızın da bütün bunlara şəxsən şahid olmasından danışmışdıq.

Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Bundan əlavə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yazdığımız məlumatlar və məlumatları təsdiq edən səs yazılarını da göndərmişdik.

20.06.2022-ci il tarixində sözügedən müəssisənin rəhbəri Səbinə Məcidova "dogruxeber.tv" informasiya portalının rəhbəri Kamal Əsgərov adına teleqram ünvanlayıb, apardığımız yaxınımızı yenidən müayinəyə dəvət edib.

Doğrusu, "toydan sonra nağara səsi" biraz qaranlıq qaldığı üçün, Zərifə Əliyeva adına Göz Klinikasının Baş həkimi Səbinə xanımla görüşüb, iki həftə sonra xəstəmizi yenidən müayinəyə dəvət etməkdə əsas məqsədinin nə olduğunu aydınlaşdırmaq istədik.

Müəssisəyə çatdıq, özümüzü təqdim edib, baş həkimlə görüşmək istədiyimizi bildirdik.
Telefonla danışdıqdan sonra cavab verdilər ki, "Baş həkim yoxdur. Xəstə hardadır, gətirin, aparaq həkimin yanına".

Dedik, - "Xəstəni gətirməmişik. Səbinə xanımın özü ilə görüşmək istəyirik. Yoxdursa, biz gedək".

- "Yox, gözləyin" deyib, təkrar Səbinə xanıma zəng etdilər və özü ilə görüşmək istədiyimizi xəbər verdilər. Dəstəyi asdıqdan sonra, 10-15 dəqiqə gözləməyimizi xahiş etdilər.

Elə bu əsnada, yaxınlıqda dayanıb bizi dinləyən bir vətəndaş yaxınlaşıb, soruşdu: - "Baş həkim gəlir?"

Biz: -"Bəli".

Vətəndaş: - "Təki siz deyən olsun, qardaşoğlu. Neftçaladan gəlmişəm. Sənədimə bir dənə möhürün vurulması üçün bir saatdan çoxdur baş həkimi gözləyirəm, deyirlər burda yoxdur."

Anladıq ki, sözügedən müəssisədə dəyişən bir şey yoxdur. "Fəaliyyət" öz əvvəlki axarıyla davam edir.

Əlqərəz...

Gözlədik...
Nəhayət, baş həkim Səbinə xanım öz iş otağına təşrif buyurdu.
Bizi qəbul etdi, görüşüb olanlardan sonra teleqram vurma məqsədini soruşduq.

Deyir, "Məqsəd - əməliyyat etmək. Gətirin xəstəni necə lazımdır müayinələrdən keçirək, əməliyyat edək. Tam təmənnasız.
Siz məndən yazmısınız, şəklimi də yazıya qoymusunuz. Amma, mən yenə də deyirəm, gətirin əməliyyat edək".


Təsəvvür edirsiniz?
Böyük bir tibb müəssisəsinin - Akademik Zərifə Əliyeva adına Göz Klinikasının rəhbəri onun rəhbərlik etdiyi müəssisədə şahidi olduğu özbaşınalıqlardan yazan jurnalistə deyir, - "Siz məndən yazmısınız, amma mən yenə də sizi qəbul edirəm, deyirəm gətirin xəstənizi təmənnasız əməliyyat edək ".

Deyəsən, Səbinə xanım vəzifəsini yanlış anlayıb, elə bilir vəzifəyə təyin etməklə, tibb müəssisəsini də ona bağışlayıblar. Yoxsa, görməli olduğu işi - özünün "ürəyiaçıqlığı" kimi bizə "sırımazdı".

Uzun sözün qısası, elə bu mövzuda danışdığımız yerdə, - "Nəysə, mən sizə deyirəm, gətirin xəstəni, təmənnasız əməliyyat edək " deyib, yerindən qalxan baş həkim Səbinə Məcidova xüsusi bir əda ilə otaqdan çıxdı ki, bu da onun öz mədəniyyəti ilə də sahib olduğu rəhbər vəzifəyə nə dərəcədə layiq olduğunun bariz nümunəsidir.
Müəssisə rəhbərinin media nümayəndələrinə, vətəndaşlara qarşı hörmətsizliyidir.

Öz şəxsi emosiyalarını və davranışlarını idarə edə bilməyən bir rəhbərin böyük bir tibb müəssisəsini necə idarə etməsi müəmmalı sual doğurur. Təbii ki, əgər buna "idarə etmək" demək olarsa...

Çünki, gördüyümüz, eşitdiyimiz, şahid olduğumuz qədərilə orada xəstələrdən pul tələb olunursa və baş həkim də özünün dediyinə görə bundan xəbərsizdirsə, bu O deməkdir ki, artıq həmin müəssisədə idarəetmə ümumiyyətlə yoxdur.

P.S: Qeyd edək ki, rəsmi müraciət və faktları göndərdiyimiz qurumlar qanunun müəyyən etdiyi müddət ərzində münasibət bildirmədikləri təqdirdə, həmin faktlar ictimaiyyətə təqdim ediləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 1 182

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər