"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

dogruxeber.tv: - Bir neçə gün öncə millət vəkili Fəzail Ağamalının qiymət artımı ilə bağlı verdiyi açıqlama gündəm olub. “Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!” – deputat deyib. Mövsüm meyvələrinin bahalığı haqqında danışan millət vəkilinin yüksək əməkhaqqı alan bir insan kimi yeni çıxan meyvələri ala bilməməsi fikri sosial şəbəkələrdə rezonans yaradıb.

Məlum fikirlərlə bağlı deputatı qınayanlar da olub, yumoristik paylaşım edənlər də.

News24.az məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı ilə hömsöhbət olub.

Deputat bildirib ki, ona qarşı qarayaxma kampaniyası həyata keçirilir:

“Ərzaq bahalaşmasına mövzusuna toxunmaq istədim. Çünki jurnalistin sualı da bu səpkidə idi. Bu bahalaşmanın hər kəsə təsiri var. Qeyd etdim ki, bəli, bahalaşmanın mənim də büdcəmə təsiri var. Məsələnin ciddiliyini kənara qoyub, başqa yerlərə yozdular. Xüsusi bir şəbəkə var. Bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir. Çox böyük təəssüf hissi keçirdim.

Qiymət artımı dünyada gedən proseslərlə birbaşa bağlıdır. Ancaq Azərbaycanda yetişdirilən məhsulların qiymət artımı başadüşülən deyil. Təkcə pensiya və aşağı əməkhaqqı alanlara yox, yüksək əməkhaqqı alan şəxslərə də qiymət artımının təsiri var.

Mənim hər şeyi almağa imkanım çatmır. Vətəndaşlarımızın mövqeyini müdafiə edəndə də ittihama məruz qalırsan, danışmayanda da ittihama məruz qalırsan. Bilmirsən ki, hansı mövqeyi tutasan. Sonra da deyirlər ki, niyə susursan? İndi nə edək, ölkədən çıxaq gedək?

Sadəcə çox təəssüf edirəm”.

Son xəbərlər

Naxçıvanda rabitə nəqliyyatının baha başa gələn təmiri: 300 min manatlıq satınalma

Özgür Özel CHP parlament qrupunun sədri oldu

Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşdü

Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır

Perunun İnka cığırında avstraliyalı turist dərəyə yıxılaraq ölüb

Azərbaycanda sayğaclar BU CÜR OLACAQ

Dördgünlük Hindistana yollandı

“Green card” arzusunda olanların nəzərinə - ABŞ bu addımı atdı

Sərnişin avtobusu piyadanı vurdu

Latviyada naməlum dron gölə düşərək partlayıb

“Qalatasaray”dan 30 milyonluq transfer planı

“ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir”.

Elvin Cəfərquliyev milliyə çağırıldı

Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı

Havay adalarında güclü zəlzələ oldu

Bazar günü hava necə olacaq?

Putin Ukraynanı tələbə yataqxanasına zərbə endirməkdə günahlandırdıqdan sonra qisas alacağını vəd etdi!

Braziliya BMT Təhlükəsizlik Şurasının islahatı üçün ABŞ-yə çağırış edib

Metro və avtobuslarda aylıq və illik bilet paketləri olacaq

CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Konqres Heqseti divara dirəyib: Ukraynaya yardım hanı?

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

Sabah 56 mindən çox abituriyent imtahan verəcək

Bu ölkədə dəhşətli partlayış - Ölənlərin sayı 82-yə çatdı-YENİLƏNDİ

Qubada yol ÇÖKDÜ!

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Mürsəl İbrahimov Biləsuvarda vətəndaşların problemlərini dinlədi

“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb

“Trabzonspor” və “Beşiktaş”ın avrokuboklardakı potensial rəqibləri bəlli oldu

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Bütün xəbərlər