gundem / dunya
25.06.2022
Yunanıstanda meşə yanğını başladı
Yunanıstanın Afon dağında meşə yanğını başlayıb.
dogruxeber.tv xarici mətbuata istinadən xəbər verir ki, yanğının söndürülüməsi üçün quru qoşunları səfərbər olunub. Bölgəyə 112 yanğınsöndürən, 35 maşın, 6 təyyarə və 2 helikopter cəlb edilib.
Qeyd edək ki, Afon dağında 20 pravoslav monastırı yerləşir. Bölgə UNESCO-nun ümumdünya irs obyektləri sırasına daxildir.



