hadise / dunya
1.08.2020, 17:58
Türkiyədə meşə yanğınları: İki şəhərdə...
![]()
Türkiyənin İzmir və Aydın şəhərlərində meşə yanğınları baş verib.
dogruxeber.tv bildirir ki, İzmirdə yanğınlar əsasən Bornova, Qaziəmir və Menderes rayonlarında meydana gəlib.
Məlumata görə, Bornovadakı yanğının söndürülməsi üçün 2 helikopter və 4 yanğınsöndürən cəlb edilib.
Bundan başqa, Aydın şəhərinin Çinə rayonunda dağlıq ərazidə yerləşən meşəlikdə çıxan yanğının söndürülməsi üçün müdaxilə edilir. Əraziyə 5 helikopter, 12 yanğınsöndürən, 5 su tankeri və 2 buldozer cəlb edilib.
(Axar.az)


