gundem / siyaset / Cəmiyyət
8.07.2022
Parlament Məhkəmə Hakiminin Səlahiyyətinə Vaxtından Əvvəl Xitam Verdi
"dogruxeber.tv" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.
Məsələ haqqında məlumat verən deputat Nizami Səfərov bildirib ki, hakim E.Nağıyevanın fəaliyyətində ciddi nöqsanlar olduğuna görə onun səlahiyyətlərinə xitam verilməsi təklif edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.



