gundem / siyaset / dunya
12.07.2022, 14:14
Ərdoğan Putinlə İranda görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin iyulun 19-da İranda görüşəcəyi gözlənilir.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib.
Qeyd edək ki, daha əvvəl hər 2 liderin eyni gündə İrana gedəcəyi xəbəri yayılmışdı.



