2 ay əvvəl yaranan şirkət AMEA-ya təcrübə qurğuları satıb - TƏFƏRRÜAT

dogruxeber.tv: - 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən "Bosfor LM" MMC (VÖEN-703281341) 2 nömrəli Bakı Baza Tibb Kollecinə dəftərxana və təsərrüfat malları satacaq və bu mallar üçün 15 min 769 manat 69 qəpik alacaq.

Məlumat üçün bildirək ki, "Bosfor LM" MMC son bir ayda “Azərbaycan Dəmir Yolları” QSC-yə 30 min 705 manat dəyərində yumşaq inventar və xüsusi geyimlər, AMEA-ya 32 min manat dərman bitkilərinin, efir yağlarının təcrübə istehsalı üçün qurğular, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nə isə 53 min 537 manat 50 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.

Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, son bir ayda 132 min manatlıq 4 tenderin qalibi olan şirkət cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan "Bosfor LM" MMC 13 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” yerləşən şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin qanuni təmsilçisi Kərimov Bəxtiyar Əvəz oğludur.

Qeyd edək ki, aprel ayında “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Kərimov Bəxtiyar Əvəz oğlunun qanuni təmsilçi olduğu “Yufon-Ko”, “Ural As Servıs”, “Tean LM” və “Qurman TV Servs” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin AMEA-ya təcrübə qurğuları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Son xəbərlər

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Bütün xəbərlər