gundem / sosial / hadise / bolge / video / ustxeber / Cəmiyyət
28.07.2022, 09:00
Səhiyyə Nazirliyi vitse-prezidentin göstərişini icra etməyib? - VİDEO
dogruxeber.tv: - Azərbaycan səhiyyəsində daha bir rəzalət!
Övladı ağır xəstə olan və müalicəsi üçün külli miqdarda vəsait lazım olan çarəsiz ata, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun, Vənənd kənd sakini Hüseynov Nihal Məmmədbağır oğlu "dogruxeber.tv" informasiya agentliyinə müraciət edib. Müraciəti əsasında agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" verlişində oldu və yaşadığı problemləri danışdı.
Nihal Hüseynovun bildirdiyinə görə iki yaşlı oğlu Uğur Hüseynov anadangəlmə xəstədir. Azərbaycanda müalicəsi mümkün deyil. Hazırda Türkiyənin Ankara şəhərində dünyaca məşhur xəstəxanalardan birində əməliyyat olunmasını gözləyir. İlik köçürülməlidir və bu əməliyyatın həyata keçirilməsi üçün 150.000 dollar pul tələb olunur.
Əslində bu barədə uzun yazıb, vaxtınız almaq istəmirik. Aşağıdakı linkdə Nihal Hüseynov özü hər şeyi ətraflı danışıb zatən.
Nihal Hüseynovun hər dəqiqəsi ölümə doğru yaxınlaşan, həkimlərin əməliyyat olunmazsa, həyatını itirməsinə sayılı günlər qaldığını dedikləri iki yaşlı körpəsi üçün bir neçə müddətdir nə çətinliklər yaşadığı və hazırda da yaşamağa davam etdiyini yəqin valideyin olan hər biriniz təsəvvür edirsiniz?!
Allah heç bir valideyinə övlad acısı yaşatmasın.
Amin.
Dəyərli oxucularımız, söhbət bir candan, canlıdan, üstəlik də körpə candan gedirsə ürəyində insanlıq, mərhəmət hissi olan heç kim buna biganə, etinasız yanaşa bilmir. Əksinə hər kəs əlindən gəldiyi qədər köməklik göstərməyə çalışır. Necə ki, Nihal Hüseynovun adını çəkdiyi "tik-toker"lər də bacardıqlarını etdilər və digər vətəndaşlarla əlbir olub topladıqları yüksək məbləğlə ailəyə xeyli dəstək oldular.
Kaş ki, həmin şəxslərdə olan mərhəmət hissləri Nihal Hüseynovun kömək üçün müraciət etdiyi səlahiyyətli şəxslərdə olsaydı...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qəbuluna düşmək sən demə müşkül məsələ imiş. Odur ki, Nihal Hüseynovu dinləyən səlahiyyətli şəxsin güya kömək məqsədilə irəli sürdüyü təklifi də sözün əsl mənasında gülünc olub. Lap Molla Nəsrəddinin "ağcaqanadı öldürmək üçün, tutub gözünə kül tökmək lazımdır" "məsləhət"i kimi.
Sözə baxın, "Sən həkimi gətir bura, biz burda müalicə etdirək. Ya da sən pulunu topla, axırda 3-5 min çatışmasa, biz o zaman sizə kömək edərik ".
Buna bənzər elin bir sözü var, "get, tapanda gələrsən "
Nihal Hüseynovun redaksiyamıza bildirdiyinə görə, birinci Vitse-prezidentə müraciət edildikdən sonra dərhal Səhiyyə Nazirliyinə kömək etməsi üçün tapşırıqlar verilib.
Amma, Səhiyyə Nazirliyi tərəfindən Türkiyədəki xəstəxanaya bu qədər məbləğ çox olduğunu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu qədər məbləği ödəmək iqtidarında olmadığı bildirilib. Uğurun səhhəti isə hər gün daha da pisləşməyə doğru gedir və həyati təhlükəsi daha da artır. Türkiyədəki həkimlərin dediyinə görə indi zaman 2 yaşlı körpə, məsum Uğur balanın "əleyhinə işləyir".
Hər gün yeganə övladını itirmək qorxusu ilə hər dəqiqə həyəcanı, ürək çırpıntıları artan bu valideynlər, görünür Səhiyyə Nazirliyinin Aynur Zeynalova kimi səlahiyyətli əməkdaşları üçün hər gün narazı saldıqları minlərlə vətəndaşlardan biridir.
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
dogruxeber.tv



