Media Hüququ Qrupunun bir qrup jurnalistə və sosial şəbəkə istifadəçilərinə yazılarına, paylaşımlarına görə xəbərdarlıq edilməsi ilə bağlı BƏYANATI

Jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmmədov, Aqil Alışov, bloqer Tofiq Şahmuradov və bir qrup sosial şəbəkə istifadəçisi Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılaraq, yazılarına, sosial şəbəkələrdəki paylaşımlarına görə sorğu-sual ediliblər. Onlardan T. Şahmuradov sosial şəbəkədə “qanunla yayılması qadağan edilən” informasiya yerləşdirməkdə günahlandırılaraq 1 aylıq inzibati həbs cəzasına məhkum olunub. Digər jurnalistlərə yazılarına görə rəsmi qaydada xəbərdarlıq edilib. Baş Prokurorluq sorğu-sual etdiyi jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin dəqiq olaraq hansı qadağan edilmiş informasiyanı yaydığını, hansı pozuntuya yol verdiklərini açıqlamayıb.

Media Hüququ Qrupu jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin yazdıqları yazılara, paylaşdıqları fikirlərə, mülahizə və tənqidlərə görə belə üsullarla çək-çevirə salınmasından dərin narahatlıq keçirir və belə davranışları söz, ifadə azadlığına zərər vuran addım kimi dəyərləndirir.

Baş Prokurorluğun media sahəsi ilə bağlı müəyyən səlahiyyətinin olduğunu qeyd etməklə yanaşı Media Hüququ Qrupu bildirir ki, belə hallarda jurnalistlərlə davranış Konstitusiya və ölkəmizin tərədfar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunmuş çərçivəyə uyğun olmalı, jurnalistləri ən mühüm, ən dolğun və bəzən də mübahisəli xəbərləri toplamaq və yaymaqdan çəkindirən formada olmamalıdır. Jurnalisti yazılarına görə hər hansı dövlət qurumuna çağıraraq qapalı şəkildə sorğu-sual etmək, onların etibarını zədələyir, digər jurnalistləri isə öz funksiyalarını yerinə yetirərkən senzuraya zorlayır.

Baş Prokurorluğun jurnalistlərə xəbərdarlıq etməsi ilə bağlı açıqlamasında onların “Media haqqında” Qanunu pozduqları, faktları və hadisələri qərəzsiz və obyektiv təqdim etmədikləri, birtərəfliliyə yol verdikləri bildirilir. Baş Prokurrorluğun ifadə azadlığı ilə bağlı Konstitusiyanın təməl müddəalarına yox, məzmunu mütərəqqi dünya tərəfindən tənqidlə qarşılanan, tətbiqi yolverilməz sayılan, legitimliyi ciddi müzakirə mövzusuna çevrilən yeni “Media haqqında” qanuna istinad etməsinə təəssüflənən MHQ qeyd edir ki, sözügedən Qanunun müvafiq 14 maddəsinin tələbləri, şəxslərə yox, media subyektlrinə yönəlik tələbdir və fərdlərə münasibətdə tətbiq edilməməlidir. Jurnalistlər, ümumiyyətlə hər kəs öz rəyində qalmaq kimi mütləq azadlığa, öz düşüncələrini ifadə etmək hüququna sahibdir, qanunvericilik fərdlərin üzərində öz düşüncələrini, mülahizələrini, tənqidlərini ifadə edərkən balanslı informasiya yayma öhdəliyi qoya bilməz.

Ayrı-ayrı qanunların ifadə azadlığı ilə əlaqəli müddəalarını tətbiq edərkən dövlət qurumları ilk növbədə Konstitusiyanın və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin fərdlərin ifadə və məlumat azadlığını təminat altına alan müddəalarını rəhbər tutmaq öhdəliyi daşıyırlar. Azərbaycan Konstitusiyasının 47-ci maddəsi hər kəsin ifadə azadlığı hüququnu, 50-ci maddəsi isə hər kəsin informasiya axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını qoruyur. Avropa Konvensiyasnın 10-cu maddəsi də ifadə azadlığı hüququnu təminat altına alır. Bu hüquq və azadlıqlara müdaxilələr üçün konkret olaraq, qanunla qorunan mənafe hər kəsin anlayacağı qədər aydın göstərilməli, qadağan olunmuş informasiyanın hansı qanun tərəfindən hansı mənafeni qorumalı olduğu aydın əsaslandırılmalı, öncədən görüləbilən olmalıdır. Baş Prokurorluq ifadə azadlığına müdaxilə üçün “qanuni əsas” müəyyən edibsə, bunun bütün detallarını (məlumatı hansı tarixdə yayılması, informasiyanın qadağan olunmuş olması, hansı qanunun yayımlanmanı qadağan etdiyi və.s) ictimaiyyətlə bölüşməlidir. “Qanunla qadağan olunmuş” kimi ümumi ifadələrlə ifadə azadlığı hüququna müdaxilələrə haqq qazandırmaq yolverilməzdir.

MHQ belə davranışların jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına, ümumilikdə ifadə azadlığına heç nə ilə bəraətləndirilə bilməyən ağır zərbə vuracağını düşünür. Jurnalist fəaliyyəti, məlumat toplama, ötürmə təkcə onlara dövlət qurumlarının, rəsmilərinin, ayrı-ayrı şəxslərin könüllü verdikləri məlumatları yaymaqla, sadəcə gözlə müşahidə etməklə məhdudlaşdırıla bilməz. Demokratik toplumda jurnalistin üzərinə düşən vəzifə, jurnalist fəaliyyətinin cəmiyyətə gətirdiyi fayda ayrı-ayrı dövlət qurumlarının yerinə yetirdikləri vəzifələrdən az önəmli sayıla bilməz. Media Hüququ Qrupu bütün dövlət qurumlarının vəzifəli şəxslərini jurnalistlərlə, sosial şəbəkə istifadəçiləri ilə belə davranışlardan çəkinməyə, bu yanlış praktikanı dəyişməyə çağırır.

Media Hüququ Qrupu - Azərbaycanda media azadlığı ilə bağlı qanunvericiliyi və təcrübəni qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianı və jurnalistləri qorumaq, ifadə azadlığı, eləcə də digər əsas hüquqların təşviqi sahəsində çalışan vətəndaş cəmiyyəti təşəbbüsüdür. Qrup hüquqşunaslar Ələsgər Məmmədli və Xalid Ağaliyev tərəfindən qurulub.

Oxunub: 421

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər