gundem / siyaset
24.08.2022, 10:15
Qazaxıstan prezidenti bu gün Azərbaycana gəlir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana rəsmi səfər edəcək.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, hər iki liderin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi vurğulanmaqla Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir.



