Deputat MİQ imtahanlarında güzəşt tələb edir - Kişi müəllimlər problemi

dogruxeber.tv: - Kişi müəllimləri məktəblərə qaytarmaq üçün stimullaşdırıcı işlər görmək lazımdır.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvi Etibar Əliyev deyib
O qeyd edib ki, Müəlllimlərin İşə Qəbulu İmtahanında (MİQ) kişi müəllimlərin balı çatmasa da, sinifləri boş qoymaq düzgün deyil. Onları məktəblərə göndərmək lazımdır. Həmin müəllimlər növbəti ildə də imtahandan keçə bilərlər.
Etibar Əliyevin sözlərinə görə, hazırda orta məktəbdəki müəllimlərin 80 faizindən çoxunu qadınlar təşkil edir.
E.Əliyev bu kontekstdə fənn müəllimlərinin çatışmazlığı probleminə də toxunub:
"Rayonlarda elə məktəblər var ki, orada nəinki kişi müəllim mövcuddur, hətta fənn müəllimləri belə yoxdur. Bir də görürsən ki, coğrafiya müəllimi biologiya dərsi deyir, ya da sinifər boş qalır. 21-ci əsrdə belə bir halın olması heç də ürəkaçan deyil".
Millət vəkilinin sözlərinə görə, elə dövrlər olub ki, müəllimlər çox yüksək əməkhaqqı alıblar və müəllimlərin böyük hissəsini də elə kişilər təşkil edib. Bu da təhsilin keyfiyyətinə birmənalı şəkildə müsbət təsirini göstərib. Sonradan kişi müəllimlər kütləvi şəkildə məktəbləri tərk ediblər.
"Hazırda məktəblərdə kişi müəllimlərinin say azlığının əsas səbəblərindən biri maddi vəziyyətlə əlaqədardır", - o, deyib.
Bu gün kişi müəllimlərinin çoxunun repetitorluqla məşğul olduğunu vurğulayan deputat, bu səbəbdən də onların məktəbdə az maaşa dərs demək istəmədiyini bildirib.
"Düşünürəm ki, kişi müəllimlərin məktəbdə olmağı daha faydalı olardı. Müəyyən dövrlər çətinlik çəkdik. Amma bununla belə, düşünürəm ki, kişi müəllimlər məktəbləri tərk etməməli idi", - deputat deyib.
İxtisas seçimlərindən söz açan E.Əliyev bildirir ki, ali məktəbə qəbulda da qızlarla müqayisədə oğlanlar arasında müəllimlik ixtisası seçənlərin sayı azdır:
"Gələcəkdə bu faiz nisbətini artırmaq lazımdır. Bu gün bəzi ixtisaslar ixtisara düşür. Anlamaq lazımdır ki, xüsusən də rayon yerlərində ən yaxşı peşə müəllimlikdir. Kişi cinsindən olan müəllimlər rayonlarda haradasa işləyir işləsin, müəllimlikdən daha yüksək əmək haqqı ilə təmin olunmayacaqlar".
Təhsil üzrə ekspert İlqar Orucovun fikrincə, son zamanlar belə yanlış fikir formalaşıb ki, guya müəllimlik qadın peşəsidir:
"Bu düşüncələr də kişilərin müəllimlik ixtisasına marağını azaldır. Bu halın qarşısını almaq üçün ali məktəblərə ixtisas seçimində də oğlanları müəllimlik ixtisasına təşviq etməliyik. Qadın-kişi xarakterinin fərqliliyinə əsaslanaraq deyə bilərəm ki, kişi müəllimlər xüsusən də oğlanların psixoloji durumuna müəyyən təsir edir".
Orucov hesab edir ki, təşviqedici addım olaraq, müəllimlərə sosial qayğı gücləndirilməlidir: "Əmək haqqı artırılsa, bu amil kişi müəllimlərinin sayına təsir edə bilər".
2021-ci il sentyabrın 1-ə olan statistikaya görə, Azərbaycanda 143.216 müəllimdən 22.559 nəfəri kişi, 120.657- i isə qadındır. Bakıda kişi müəllimlərin sayı 2597, qadın müəllimlərin sayı isə 30323 nəfərdir. Regionlarda isə kişi müəllimlərin sayı 19962, qadınların sayı isə 90334 nəfərə çatır.

Oxunub: 550

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər