Brüssel müzakirəsi: sülhə doğru daha bir addım, yoxsa nəticəsiz görüş? - GƏLİŞMƏ

dogruxeber.tv: - Ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında keçirilən üçtərəfli görüşdən sonra rəsmi bəyanat verilib. Mətbuat üçün bəyanatı Şarl Mişel yayıb. Mişel xatırladıb ki, görüş bu formatda sayca dördüncüdür.

“Müzakirələrimiz Cənubi Qafqazdakı son hadisələrə və Aİ ilə hər iki ölkə arasındakı münasibətlərə həsr olunub. Bizim fikir mübadiləsimiz açıq və məhsuldar oldu və mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Biz gündəliyimizdə olan bütün məsələləri nəzərdən keçirdik. Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün bir çox addımlar atılıb”, - deyə bəyanatda qeyd edilib.

Sənədə əsasən, tərəflər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üzrə əsaslı işi gücləndirmək barədə razılığa gəliblər və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək tapşırılıb.

Görüş zamanı həmçinin sərhədin delimitasiyası ilə bağlı bütün məsələlər üzrə mövcud irəliləyişlər qeyd olunub, regionda vəziyyətin sabitləşdirilməsi variantları nəzərdən keçirilib.

İclas iştirakçıları delimitasiya komissiyalarının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəliblər, həmçinin nəqliyyat marşrutlarının blokdan çıxarılması üçün bir sıra şərtləri müzakirə ediblər.

Bundan əlavə, bəyanatda hər iki ölkənin əhalisinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi vurğulanıb.

“Avropa İttifaqı uzunmüddətli davamlı sülhə dəstəyini daha da artırmağa hazırdır. Aİ həmçinin hər iki ölkənin firavanlığı və xalqının rifahı üçün iqtisadi inkişafı təşviq etməkdə israrlıdır”, - bəyanatda bildirilib. Sonda tərəflər noyabrın sonunadək bu formatda yenidən görüşmək barədə razılığa gəliblər.

“Biz Aİ Şurasının prezidenti Şarl Mişel və onun komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşdırılması üzrə danışıqlardakı vasitəçi rolunu yüksək qiymətləndiririk”. Bu sözləri isə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hacıyev xatırladıb ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə təsdiqləyib. Dia.az-ın məlumatın agörə, görüşlə bağlı fikirlərini AYNA ilə bölüşən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, konkret hansı detallar üzrə razılaşmaların olduğunu Prezidentin köməkçisi H.Hacıyevin açıqlamasında görürük.

"Prezidentin köməkçisi qeyd etdi ki, Mişel və komandası Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ciddi köməklik göstərməkdədir. Görünən odur ki, proses sülh müqaviləsinin bağlanması istiqamətində gedir. İkitərəfli münasibətlərin normallaşması üzrə səylər göstərilir", - deyə analitik bildirib.

Ekspertin sözlərinə görə, önə çıxan məsələ sərhədlərin delimitasiyası və demarkasiyasıdır: "Masada bu məsələ əsas mövzudur. Konkret nəticə istəyiriksə, delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi üçün addım atılmalıdır. Sülh müqaviləsinin hazırlanması üzrə işin gücləndirilməsi, xarici işlər nazirləri mətn hazırlamalıdır, bir ay müddətində görüşməlidirlər. Həmin mətndə bütün məsələlər, delimitasiya və demarkasiya, kommunikasiyaların açılması, humanitar məsələlər və s. öz həlli mexanizmini tapacaq. Eyni zamanda, sabitliyə tərəflər təminat verməlidirlər. Davamlı sülh prosesinin təmin olunması vacib nüansdır ki, bunun üçün əldə olunan razılaşmalar həyata keçirilməlidir".

"Hazırda bəlli bir kommunikasiya əlaqələri planı var. İndi bu plana uyğun kommunikasiyaların açılması müzakirədədir. Eyni zamanda, şübhəsiz ki, vətəndaş cəmiyyətinin sülhə hazırlanması da gündəmdədir. yüz ildir davam edən, son 30 ildə xalqlar arasındakı nifrəti sülhə çevirmək istiqamətində addımlar atılmalıdır. Hesab edirəm ki, Brüsseldə bu məsələlərə də toxunulub", - Əlibəyli vurğulayıb.

Analitik hesab edir ki, Azərbaycan lideri Brüsseldə Zəngəzur dəhlizi məsələsini, təxminən 4 minə yaxın taleyi naməlum azərbaycanlıların məsələsini qaldırıb: "Eyni zamanda, ərazilərdəki minalar problemidir ki, Ermənistan hələ də dəqiq xəritələr təqdim etməyib. Hər halda, Mişelin bəyanatından görünən odur ki, irəliyə doğru addım atılıb. Ümumiyyətlə, hər görüşdə hansısa xırda da olsa, nəticə əldə edilir. Brüsselin vasitəçiliyi ilə növbəti görüş noyabrın sonlarına planlaşdırılıb. Nələrin əldə edildiyini qarşıdakı üç ay müddətində müşahidə edəcəyik. Ermənistan hansı addımlar atacaq, öhdəliklərin icrasına necə əməl edəcək. Belə görüşlərin nəticə verməsi, sülhün əldə edilməsi rəsmi İrəvanın atacağı addımlardan asılıdır".//dia.az

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər