gundem / sosial / hadise / bolge / Cəmiyyət
10.09.2022, 18:52
Ucar sakinləri yolu bağladı - DİN-dən AÇIQLAMA
Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib.
"dogruxeber.tv"ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:
“Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.



