bolge
27.08.2018, 09:14
XAÇMAZDA ƏXLAQSIZ YUVA AŞKAR OLUNDU

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundandogruxeber.tv -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.
Avqustun 25-də gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
Nizam Həmidov
polis leytenantı


