Bu sənədlərin tələb edilməsi halları minimuma endirilir

Vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Bu günlərdə dövlət başçısının imzası ilə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş sənədlər paketində bu məsələləri özündə ehtiva edən 47 qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "dogruxeber.tv"a verilən məlumata görə, dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının müvafiq bəndinin tələblərinin sahəvi qanunlarda əks olunmasıdır. Məlumat üçün bildiririk ki, adıçəkilən Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

Bu məsələnin sahəvi qanunlarda əks olunması həmin tələbin daha işlək və tətbiqedilən olmasını təmin edəcəkdir.

Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcəkdir.

Son xəbərlər

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

Bütün xəbərlər