"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

dogruxeber.tv: - Mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı vergi güzəştləri – mövsümi vergilər tətbiq edilə bilər. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında bildirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qeyd edib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsinə baxılır. S.Musayeva bildirib ki, bununla bağlı məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır: “Bu məsələdə sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümi vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”.

ii“Mövsümi fəaliyyət göstərən subyektlər” deyildiyində ağla ilk gələn fermer təsərrüfatları, meyvə-tərəvəz yetişdirənlər, çimərlik mövsümündə dəniz kənarında fəaliyyət göstərən obyektlər olur. Bir az da dərinə getsək, məsələn, məktəb bazarlığı dövrünü, ənənəvi bayramlarda yarmarkalarda çalışanları, hətta məlum aylarda toya həsrət qalan şadlıq saraylarını da əlavə edə bilərik. Bu sadaladıqlarımız obyektlərin sahibləri və orada çalışanlar da özlərini “mövsümi işçi” hesab edə bilər. Hərçənd mövsümdənkənar vaxtlarda şadlıq sarayları, dəniz kənarında yerləşən obyektlər də qaz vurub qazan doldurur, az qazanclı dövrlərinin hesabını da “sezon” qiymətlərinə “kəsir”.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, mövsümi fəaliyyət göstərən subyektlərə vergi güzəştlərindən söhbət gedirsə, əlbəttə, bu, ilk növbədə kənd təsərrüfatı sektoruna şamil edilməlidir:

- Əgər mövsümi fəaliyyətdən danışırıqsa, ilk növbədə kənd təsərrüfatında çalışanlar, fermerlərə bu güzəştlər şamil olunmalıdır. Əkinçilik, bostançılıqla məşğul olanlar, meyvə-tərəvəz yetişdirənlər ilin müəyyən fəsillərində aktiv çalışır, məhsullarını bazara çıxara bilir.

Ona görə də bu sektorda vergi güzəştləri mütləq olmalıdır. Qaldı, digər sahələr, mövsümi fəaliyyət göstərən iaşə obyektləri onların da mənfəət gəlirləri düzgün hesablanmalıdır. Bizdə əsas problem ölçü vahidinin düzgün hesablanmamasıdır. Baxın, bir millət vəkili deyir ki, ərzaq məhsullarının üzərindən əlavə dəyər vergisi götürülsün. Sual verirəm; məgər belə olarsa, ərzaq məhsullarındakı qiymət artımının qarşısı alınacaq? Çörəyə ƏDV tətbiq edilmir, yumurtaya, toyuq ətinə də ƏDV yoxdur.

Bəs niyə qiymət qalxır? Digər məhsullar da belə olacaq. İstəyirsən, ucdantutma, bütün məhsullara ƏDV-ni ləğv et, yenə də vəziyyət dəyişməyəcək, qiymət düşməyəcək. Ləğv edilmiş vergiyə görə əldə ediləcək mənfəət fərqi yenə də kimlərinsə cibinə gedəcək, sadə vətəndaş bundan xeyir görməyəcək. Çünki süni, subyektiv bahalaşmanın qarşısının alınması vergidən asılı deyil. Bunun açarı azad, rəqabətyönümlü bazarın mövcudluğudur. Bu gün, tutaq ki, mən Fuad İbrahimova ölkəyə toyuq məhsullarının gətirilməsinə icazə verilsin, qarşımda heç bir süni əngəl olmasın, ertəsi gün bazarda, marketdə toyuğun qiyməti düşəcək. Bu, bütün mal və məhsullara aiddir. Mən sadəcə, primitiv bir misal çəkdim.

Biz dəfələrlə monitorinq aparmışıq. Məsələn, pomidorun qiyməti niyə 1.80-2 manatdır? Məhsulun maya dəyəri, logistika, gömrük xərcləri, marketdə, piştaxtada əlavə edilən qiymət, mənfəət ölçüsü, hamısını hesablamışıq, yenə də 2 manata gəlib çatmır. 30-40 faiz qalıq qalır. Deməli, burada konkret kimlərinsə mənfəəti, cibə gedəcək qiymət gözlənilir. Bu gün rahat bir şəkildə, heç bir ziyana uğramadan 1.20 qəpiyə sata biləcəkləri pomidorun qiymətinin üzərinə əlavə 30-40 qəpik də əlavə edirlər ki, kimsə əlavə gəlir əldə etsin.

Məsələ bu dərəcədə anlaşılandır. Ona görə də bu gün çörəkdən ƏDV-ni götürdük, sabah ətdən, balıqdan, toyuqdan, bunların heç bir faydası olmayacaq. Qiymətlər yenə qalxacaq, vətəndaş əziyyət çəkəcək, evinə normal bazarlıq edə bilməyəcək.//dia.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər