gundem / siyaset / dunya
29.09.2022, 10:46
MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək
Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün isə “Mərkəzi Asiya-Rusiya” sammiti baş tutacaq.



