"Akkord"dan oğurlanan 20 MİLYONUN İZİ İLƏ... - İTTİHAM VAR!

dogruxeber.tv: - Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında ““Azərişıq” ASC-nin milyonlar mənimsəyən məmuru” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilibdi. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə isə şirkət çətin vəziyyətə düşmüşdü və orada yoxlamalar başlamışdı. Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb və külli miqdarda yeyinti faktları aşkarlanmışdı. Təsəvvür edin ki, təkcə Şəmkir layihəsinin anbarında 300 min manatlıq material əskikliyi aşkar edilmişdi. Ümumilikdə isə departamentdə 20 milyon manata yaxın yeyinti aşkar olunmuşdu.
“Akkord” şirkətində şok korrupsiya faktları barədə ölkə mətbuatı hələ 2014 -ci ildə silsilə məqalələr yazmışdı. Belə ki, həmin yazılarda Elçin Bədəlovun və Kamil Hüseynovun adı “Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində əsas fiqurlar olaraq çəkilirdi. Aktualxeber.az-a danışan mənbəmiz bildirir ki, “Akkord” şirkətində aparılan audit yoxlamalarından sonra Elçin Bədəlov, təhqiqat departamentinin direktoru Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili, infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılsalar da, Kamil Hüseynov “Akkord” şirkətlər qrupunun baş direktoru vəzifəsinə təyin olunub. Bu təyinatın özü geniş bir müzakirə mövzusu olduğundan daha geniş məqaləmizi bəzi dəqiqləşdirmələrdən sonra oxucularımıza təqdim edəcəyik.
Bir maraqlı məqamı da qeyd edək ki, son zamanlar “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. V.Əhmədovla tələbə yoldaşı və yaxın dost olan K.Hüseynov “Azərişıq” ASC-də əsas söz sahiblərindəndir. Bütün tenderlərə və layihələrə birbaşa nəzarət edən müşavir müxtəlif maxinasiyalarla “Azərişıq” ASC-də milyonlarla vəsait mənimsəməkdədir.Deyilənə görə Vüqar Əhmədovun bütün qaranlıq işlərini bu şəxs yerinə yetirir. Hardan bilmək olar ki, V.Əhmədovu Elçin Bədəlovun taleyi gözləmir. Bir gün eşitsək ki, “Azərişıq” ASC-nin rəhbəri Kamil Hüseynovdur, heç də təəccüblənmərik.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Son xəbərlər

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Bütün xəbərlər