"İndi kino çəkilir ki?"

dogruxeber.tv: - “İndi kino çəkilir ki? Hanı “O olmasın, bu olsun”, “Görüş”, “Yeddi oğul”, “Dəli Kür” filmi kimi filmlər? Nə aktyor var, nə də ki, savadlı rejissorlar. Baxırsan ki, aktyordur, amma özünü göstərə bilmir, “quru” oynayır. Mənim atam ixtisasca həkim idi, amma görün necə aktyorluq nümayiş etdirib. Özü də iki filmə çəkilib. Bir “O olmasın, bu olsun” filmində, bir də “Görüş”-də. Çox istərdim ki, atam haqda filmlər, verilişlər çəkilsin. Nəinki atam haqda, böyük sənətkarların heç biri yaddan çıxmamalıdır. Atamın qızı idim, yaxşı ki, atam mənim həyatımda olub. O mənim idealımdır, hər dəfə də idealım olaraq qalacaq. Çünki mən həyatımda onun qədər gözəl insan görməmişəm”.

Bunu Moderator.az-a açıqlamasında məşhur aktyor Arif Mirzəquliyevin qızı Teyyubə Mirzəquliyeva deyib. O daha sonra atasının əsas ixtisası olan həkimlikdən danışıb.

“Atam ixtisasca həkim olsa da, Moskvada İncəsənət universitetini bitirib. Babam istəmirdi ki, atam aktyor olsun. Ona görə də ondan tələb edir ki, ixtisasını dəyişsin. O vaxt axı aktyorluğa normal baxmırdılar. Buna görə də atam Tibb Universitetinin nevrpotoloq ixtisasına yiyələnir. Atamın ailədə bizlərlə münasibəti olduqca yaxşı idi. Ailədə iki övlad olmuşuq, hər ikimizin üstündə o “əsib”. Həyatsevər insan idi atam. Nə mənim, nə də ki, qardaşımın üstünə bir dəfə də olsun acıqlanmamışdı. Bəzən işi çox olurdu, bilirdik ki, evə əsəbi gələcək. Atamın kinoya çəkilməsi tam təsadüf olmuşdu. Atam it gəzdirəndə rejissor Hüseyn Seyidzadə onu görüb, “O olmasın, bu olsun” filminə dəvət etmişdi. Atam sevinirdi ki, onu filmə çəkirlər, çünki bu onun ən böyük arzusu idi. Atamın “Görüş” filmindəki Kamil obrazı ilə oxşarlığı var idi, çünki o Kamil kimi sevgisinə hər zaman bağlı olub. Anam atamın yanında təcrübə keçib, eyni sənətin sahibi olublar. Anam incəsənətdən tamamilə uzaq olub. Atam anamın arxasınca düşəndə o heç bilməmişdi ki, bu Sərvərdir. “Görüş” filminin sonluğuna baxanda göz yaşlarımı saxlaya bilmirəm. Anamla bir xəstəxanada, bir otaqda işləyiblər. Anam deyir ki, 10 il sərasər qapımı döyüb baxırdılar ki, görüm Sərvər kiminlə evlənib” deyə sənətkarın qızı deyib.

Teyyubə Mirzəquliyeva atasının vəfasız dostlarından da danışıb.

“Atamın sağlığında evimizin yuxarı başında oturan dostları ölümündən 1 il keçməmiş onu unutdular. Əlbəttə ki, bu mənə çox pis təsir etdi. Atam ailəsini hamıdan, dostlarından da uca tuturdu. Deyirdi ki, dost adamın öz ailəsidir. Amma mən inanmırdım, deyirdim ki, yəqin hansısa dostundan müvəqqəti inciyib deyə belə danışır. Bizim ailəmizi təkcə axtaran Sima adında qız idi. Onun anası ata və anamı işə düzəltmişdi, o da bizə sadiq qaldı. Atamın halı pisləşəndə təcili yardım maşını çağırıblar. O da hadisə yerinə gecikib. Ürəyindən qəflətən sancı tutub, keçinmişdi. Çox siqaret çəkirdi, bundan əvvəl 2 dəfə infarkt keçirmişdi. Anam da 2008-ci ildə dünyasını dəyişib” deyə sənətkarın övladı deyib.

Oxunub: 525

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər