gundem / dunya
7.11.2022, 15:45
Məxfi görüşdəki sirr açılır - GƏLİŞMƏ
dogruxeber.tv: - Ukraynada müharibə davam etdiyi bir vaxtda ABŞ və Rusiya nümayəndələrinin bu məsələ ətrafında keçirdikləri məxfi görüşün sirri açılıb.
Bu barədə ABŞ-ın məşhur mətbu orqanı “Wall Street Journal” yazıb.
Məqalədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Rusiya prezidenti Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev məxfi görüşündən bəhs olunur.
“Wall Street Journal” adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanaraq qeyd edir ki, görüş Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq və eskalasiya riskini azaltmaq məqsədi daşıyıb.
Sullivanın Rusiya rəsmiləri ilə danışıqları barədə qəzetə məlumat verən rəsmilər bildiriblər ki, Ağ Ev bu danışıqlara ümid bəsləmir.
Eyni mənbələr bu pessimist mənzərəyə baxmayaraq, Rusiya ilə əlaqə kanalının yaradılmasının vacibliyinə də diqqət çəkirlər.
Digər tərəfdən, ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ nümayəndələrinin Rusiya rəsmiləri ilə görüşməsi üçün Ukraynaya təzyiq etdiyini yazıb.
Qəzet adı açıqlanmayan mənbələrə istinadla iddia edir ki, ABŞ tərəfindən Ukrayna prezidenti Zelenskiyə təzyiqlər başlayıb. Təzyiqlərə səbəb kimi nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanın ləğvi və müharibəni bitirməsi göstərilir.//Reyting.az


