gundem
3.09.2019, 12:37
Ramil Usubovla danışıqlar aparmaq üçün Bakıya gəlir

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparmaq üçün Bakıya gələcək.
dogruxeber.tv-ın verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyinə Şuranın Mətbuat xidmətindən bildirilib.
“Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək. O, Bakıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və hər iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə Rusiya-Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparacaq”, - deyə məlumatda qeyd olunub.


