gundem / Cəmiyyət
15.11.2022
İran hicab etirazlarında iştirak edənlərə qarşı ilk ölüm hökmünü verdi
İran məhkəməsi Məhsa Əmini etirazlarənda iştirak edənlərə qarşı ilk ölüm hökmü verib.
BBC xəbər verir ki, Tehran İnqilab Məhkəməsi adı açıqlanmayan təqsirkarın dövlət mülkinü yandırdığını və Allaha qarşı düşmənçilik etdiyini bildirib.
Başqa bir məhkəmə beş nəfəri milli təhlükəsizlik və ictimai asayişi pozmaqla 5 ildən 10 ilə qədər həbs edib.
Norveçdəki İran İnsan Hüquqları təşkilatının rəhbəri Mahmud Əmiri beynəlxalq ictimaiyyəti İrana xəbərdarlıq etməyə çağırıb.
Qeyd edək ki,Məhsa Əmini hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən döyülüb öldürülməsindən sonra İranda hicaba etiraz aksiyaları keçirilmişdi.



