gundem / hadise
9.12.2022, 14:45
Bəxtiyar Hacıyev SAXLANILDI
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır”.



