Dövlət Komitəsinin sədr müavini iclasda iştirak etdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov dekabrın 7-8-də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib.

"dogruxeber.tv" xəbər verir ki, iclasda köçkün və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi, cəmiyyətə inteqrasiyası və problemlərinin həlli mövzusunda müzakirələr aparılıb. Dövlət Komitəsinin sədr müavini çıxışı zamanı ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da həssaslıqla yanaşır. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi ilə yanaşı, müdafiəsi və cəmiyyətə inteqrasiyası da dövlətin həyata keçirdiyi tədbirlərin əsas istiqamətlərindən biri olub.

Hazırda məcburi köçkünlərin doğma yurdlarına reinteqrasiyası tədbirlərinin icra edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimiz azad edildikdən sonra məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə müasir tələblərə cavab verən, rahat, təhlükəsiz yaşayış sahələri ilə təmin olunması üçün irimiqyaslı layihələr həyata keçirilir. Böyük Qayıdışın ilk addımı olan Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmuş Ağalı kəndində 66 ailə məskunlaşdırılıb. Digər işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması zamanı “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl zona” konspesiyalarına üstünlük verilir. Ərazilərin işğal altında saxlanıldığı dövrdə hərbi təyinatı olmayan torpaqların belə minalanmasının geri qayıdacaq əhalinin həyatı üçün təhlükə yaratdığı və qayıdış prosesini ləngitdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, beynəlxalq təşkilatların dəstəyi ilə ölkəmizin üzləşdiyi bu humanitar problemin dayanıqlı həllinə nail ola bilərik və Böyük Qayıdış prosesi təmin olunar.

Dövlət Komitəsinin sədr müavini iclasda iştirak etdi

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər