gundem / dunya
23.12.2022
Bolqarıstan da Ukraynaya silah tədarükünə başladı
Bolqarıstanın Müdafiə Nazirliyi Ukraynaya silah tədarükünə başlayıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə dekabrın 23-də mətbuat konfransında Bolqarıstanın müdafiə qərargahının rəhbəri, admiral Emil Eftimov məlumat verib.
"Parlamentin qərarı qüvvəyə minib və biz NATO-nun hərbi qurumları ilə birgə planlaşdırılan və müdafiə naziri tərəfindən təsdiqlənən çatdırılma əməliyyatına başlamışıq", - Eftimov bildirib.
Dekabrın 9-da Bolqarıstan parlamenti hökumətin hazırladığı Kiyevə göndəriləcək silahların siyahısını təsdiqləyib. Sofiyanın əsasən yüngül silah-sursat göndərəcəyi qeyd edilib.



