gundem / yazarlar / video / ustxeber / Cəmiyyət
23.12.2022
Yaşamağın mənasını yaşatmaqda görən insan, yaxşı ki, doğuldun
23 dekabr "dogruxeber.tv" MMC-nin təsisçisi və direktoru Kamal Əsgərovun doğum günüdür.
Ömrünün 45 ilini geridə qoyan Kamal Əsgərov keçdiyi ömür yolunun çox hissəsini imanı, ibadəti və xeyirxah əməlləri ilə demək olar ki, ətrafındakı, ümumiyyətlə ona üz tutan hər kəsin sevgisini, hörmətini qazanmış insan, dürüstlüyü, mərdliyi ilə ən yaxşı dost, təhsili, savadı ilə çox yaxşı hüquqşünas, peşəkar bacarığı ilə çox yaxşı jurnalist, mükəmməl insan, qayğıkeş ailə başçısı, eyni zamanda qayğıkeş övlad olmağa həsr edib və bütün bunların öhdəsindən layiqli şəkildə gəlib.
2017-ci ildən də bugünə qədər özünün təsis etdiyi "dogruxeber.tv" informasiya agentliyinin rəhbəri olan Kamal Əsgərov agentliyin adının haqqını verərək, çalışıb, çalışır, Allahın köməyi ilə bundan sonra da çalışacaq.
Bu sözləri onu yaxşı tanıdığımız üçün əminliklə deyirik.
Bütün kollektiv adından anlayışlı, sayqılı rəhbər Kamal Əsgərovu səmimi qəlbdən təbrik edir, sağlam, xoşbəxt ömür, çətinliksiz həyat, bol şanslar arzulayırıq.
Doğum gününüz mübarək, hörmətli Kamal Əsgərov.
"dogruxeber.tv" kollektivi



