gundem / sou / Mədəniyyət
9.08.2022, 10:56
Bu gün onun doğum günüdür

"dogruxeber.tv" xəbər verir ki, bu gün Rüstəmov Firudin Sabir oğlunun (Baba Dərələyəzli) doğum günüdür.
O, 1979-cu ilin avqust ayının 9-da Qərbi Azərbaycanda, Dərələyəz mahalında, Dərələyəz kəndində doğulub. Şamaxı rayonunun, Meysəri kəndində böyüyüb.
Babası Firudin kişinin adını daşıdığı üçün valideynləri onu uşaq yaşlarından "baba" deyə çağırırdılar. Elə bu adla da səhnələri fəth edən, səsinin məlahəti ilə geniş dinləyici auditoriyası toplayan Baba Dərələyəzli bu adın ona uğur gətirdiyini deyir.
Biz də "dogruxeber.tv" informasiya portalının rəhbəri Kamal Əsgərov başda olmaqla, bütün kollektiv adından Baba Dərələyəzlini təbrik edir, yeni yaşının ona daha böyük uğurlar gətirməsini arzulayırıq.
Həkim səhvi ucbatından səhhətində yaranmış narahatlığa görə Allahdan acil şəfalar diləyir, tezliklə böyük səhnələrdə hər zamankı kimi öz səsinin sehri ilə sevənlərini ovsunlamağı arzulayırıq.
dogruxeber.tv


