gundem / Cəmiyyət
30.12.2022, 15:00
Vasif Talıbovun qardaşının işdən çıxarılma əmri — FOTO
Azərbaycanın Baş Prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbovun işinə xitam verilməsi ilə bağlı əmr imzalayıb.
"dogruxeber.tv" Yenipress.az-a istinadən xəbər verir ki, əmrə əsasən, III dərəcəli dövlət ədliyyə müşaviri M.Talıbov 28 dekabr tarixindən tutduğu vəzifədən azad olunaraq, prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.





