Azərbaycanda qiymət artımı Novruz bayramından sonrayadək davam edəcək - Ekspertdən AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqının və əmək pensiyasının məbləği artırıldı. 2023-cü ildən etibarən ölkədə minimum əməkhaqqının məbləği 345 manata, əmək pensiyasının minimum məbləği isə 280 manata çatdırılıb.

Artımlarla bağlı "dogruxeber.tv"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu, qiymət artımına səbəb ola bilər:

"Azərbaycanda bəzi yazılmamış qanunlar var. Belə ki, maaşların, təqaüdlərin artımı xəbərinin özü belə qiymət artımını tətikləyən bir faktordur. İllərdir bu belə davam edir. Yəni, xəbərin özü çıxan kimi, məlum olur ki, artıq bazarlarda qiymətlərin artımı daha da sürətlənib.

Buna bənzər mənzərə ilə yenə qarşılaşa bilərik, çünki dəyişən bir şey yoxdur. Bu xəbərlərin özü istər-istəməz qiymət artımının sürətinə təsir göstərəcək. Biz bu qiymət artımını Novruz bayramından sonrakı dövrə qədər hiss edəcəyik. Bu, həmişə belə olub. Yeni il qabağı qiymətlər artır, qiymət artımı Novruz bayramına qədər davam edir. Bayramdan sonra, yay aylarına doğru qiymətlərdə bir az sabitləşmə müşahidə olunur.

Azərbaycanda qiymət artımı Novruz bayramından sonrayadək davam edəcək - Ekspertdən AÇIQLAMA

Rəsmi rəqəmlərə baxsaq, Azərbaycanda inflyasiya 14% olub. Minimum əməkhaqqının məbləği isə 300 manat idi. 300 manatın 14 faizi 42 manat edir. Bu gün isə minimum əməkhaqqının məbləği 345 manata çatdırılıb. Bu, inflyasiyanın indeksləşdirilməsi deməkdir. Problem budur ki, rəsmi inflyasiya rəqəmləri insanları çox az maraqlandırır.

Birincisi, ərzaq inflyasiyası daha vacibdir, çünki insanlar qazanclarının yarıdan çoxunu ərzağa xərcləyir. Ötən il ərzində ərzaq inflyasiyası 22% idi. Hətta bu da doğru rəqəm deyil. Belə ki, ərzaq inflyasiyası ümumi, yəni 560 adda ərzaq məhsuluna görə hesablanır. Buna baxmayaraq, əhalinin ən çox istifadə etdiyi cəmi 30 adda məhsul var. Onlar gündəlik tələbət malları hesab edilir. Həmin məhsulların inflyasiyası daha yüksəkdir. Burada təxminən 40%-ə yaxın infylasiyadan söhbət gedir. Bütün bunları nəzərə alsaq, təbii ki, bugünkü maaş, təqaüd artımları ərzaq inflyasiyasına adekvat deyil", - deyə o qeyd edib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər