gundem / hadise / Cəmiyyət
11.01.2023
Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib
Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.
“dogruxeber.tv” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi Feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, T.Yaqublu Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına (hazırki Binəqədi Tibb Mərkəzi) yerləşdirilib.



