Bələdiyyələr yeni icra strukturlarına uyğun olaraq formalaşdırılacaq

"Azərbaycanda bələdiyyələr yenidən formalaşmalıdır”.

"dogruxeber.tv" xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda regional strukturların yaradılması istiqamətində iş aparılır, işğaldan azad olunan ərazilərdə artıq bununla bağlı addımlar atılıb, həm Qarabağ, həm də Şərqi Zəngəzurda Azərbaycan Prezidentinin Xüsusi nümayəndələri fəaliyyət göstərirlər:

"Bu strukturların formalaşması ilə dövlət büdcəsinə kifayət qədər qənaət olunacaq, vətəndaşlar üçün yaradılan bürokratik əngəllər aradan qaldırılacaq. Eyni zamanda, insanların get-gələ salınmamasında, problemlərin qısa zamanda həllində, əlçatanlığın təmin olunmasında bu islahatların mühüm rolu olacaq. Məsələn, Gəncədə iki rayon icra hakimiyyəti ləğv olundu, artıq kifayət qədər sadələşmiş mexanizmlə böyük şəhər idarə olunur. Digər tərəfdən, artıq Azərbaycanda iqtisadi zonalar yaradılıb. Belə olan təqdirdə avtomatik olaraq bələdiyyələrin də sayı azalacaq”.

Siyavuş Novruzov diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 1 606 bələdiyyə, 15 minə qədər bələdiyyə üzvü var:

"Bu qədər bələdiyyəyə ehtiyac yoxdur. Bizdə bələdiyyələrdə ən azı 5 üzv, ən çoxu 19 üzv var. Bu da həddindən artıq çoxdur. Təklifimiz var idi ki, hər kənddə 1 nəfər bələdiyyə üzvü, ən böyük kənddə 7 nəfər bələdiyyə üzvü seçilsin. Ancaq bələdiyyə institutu yeni yaradılan dövrdə bu format seçilmədi. Hətta ilk dövrdə Azərbaycanda 2 400 bələdiyyə var idi, sonra birləşmə nəticəsində 1 606 bələdiyyə qaldı. Gələcəkdə bilavasitə icra strukturlarının formasına uyğun şəkildə bələdiyyələr qurulacaq”.

Komitə sədri bu istiqamətdə iş getdiyini söyləyib:

"Həmçinin bununla bağlı sessiyanın əvvəllərində Milli Məclisdə dinləmə də keçirməyi planlaşdırırıq. Bu mövzu çox aktualdır”.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər