"Xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür" - Milli Məclis

Milli Məclis Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktına münasibət bildirib.

Parlamentdən "dogruxeber.tv"a verilən məlumata görə, Milli Məclis 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir.

Bildirilib ki, bu xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür:

21961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur. Təəssüflə qeyd edilməlidir ki, son dövrdə İran İslam Respublikasında ölkəmizə qarşı qarayaxma və hədə-qorxu kampaniyasına geniş rəvac verilmişdir. Bununla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı ehtimal oluna bilən hücumlara yol verməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi İran hüquq mühafizə orqanlarının diqqət mərkəzində olmalı idi. Belə bir şəraitdə silahlı şəxsin xüsusi mühafizə rejimi tətbiq edilən Səfirliyin inzibati binasına maneəsiz daxil ola bilməsi ciddi suallar doğurur. Biz İran tərəfindən bu qəddar hücumun səbəbləri barədə verilən bəyanatları qeyri-qənaətbəxş hesab edirik. Bu terror aktının hərtərəfli və dərindən araşdırılmasını, bütün təqsirkarların və qanlı cinayət əməlinin arxasında dayananların müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını, eləcə də diplomatik nümayəndəliyə qarşı qəbuledilməz olan terror hücumuna gətirib çıxarmış halların aşkar olunmasını tələb edirik.

Hamıya məlumdur ki, Azərbaycan uzun illərdən bəri terror aktlarına məruz qalan ölkədir. Ancaq bu qanlı cinayət əməllərinin nəticələri nə qədər ağır olsa da, Azərbaycan dövlətini müstəqil daxili və xarici siyasət yolundan geri döndərə bilməmişdir və döndərə də bilməz. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının sifarişçiləri, təhrikçiləri və icraçıları da əmin olsunlar ki, heç bir halda öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Səfirliyin və Səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olmuş şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq".

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər