“AzerGold” QSC-nin kollektivi şəhid Muxtar Qasımlını anadan olmasının 30-cu  ildönümündə yad edib

"dogruxeber.tv" xəbər verir ki ,23 fevral 2023-cü il tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının anadan olmasının 30-cu ildönümü ilə bağlı məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən Səhmdar Cəmiyyətin kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov bildirib ki, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanlarından biri də Muxtar Qasımlıdır. Məhz müharibənin başladığı ilk gündən silaha sarılaraq, Vətənin müdafiəsinə qalxan Muxtar kimi Vətən övladlarının sayəsində uzun illərdən bəri düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsi ilk növbədə Azərbayca xalqının özünə inamını qaytardı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

“AzerGold” QSC-nin kollektivi şəhid Muxtar Qasımlını anadan olmasının 30-cu  ildönümündə yad edib

Müharibəyə qədər idmanın fitnes növündə əldə etdiyi yüksək nailiyyətlərlə idman ictimaiyyəti arasında tanınan, çalışdığı kollektiv arasında böyük hörmət sahibi olan Muxtarı indi bütün ölkə ictimaiyyəti yaxından tanıyır, onun fədakarlığı, göstərdiyi şücaətlər barədə hər kəs məlumatlıdır.

Qeyd olunub ki, ömrünün 27-ci baharında canını Vətən uğrunda qurban verərək, şəhidlik zirvəsinə ucalan Muxtar Qasımlı “AzerGold” kollektivinin timsalında onu sevən insanların, ümumilikdə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, ölməz xatirəsi daim ehtiramla yad ediləcəkdir.
Ziyarətdə, həmçinin Muxtar Qasımlının valideynləri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri çıxış edərək, şəhid Muxtar Qasımlının keçdiyi döyüş yoluna nəzər salıb, onun Vətən qarşısında göstərdiyi misilsiz şücaətlərdən danışıblar.

“AzerGold” QSC-nin kollektivi şəhid Muxtar Qasımlını anadan olmasının 30-cu  ildönümündə yad edib

Xatırladaq ki, “AzerGold” QSC-də Təhlükəsizlik xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Füzuli rayonunun Alxanlı kəndində qəhrəmancasına vuruşaraq şəhadətə yüksəlib.
Baş leytenant Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər