Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreya təhlükəsi fonunda sualtı qayıq əleyhinə təlimlər keçirir

dogruxeber.tv” “Kyudo Nüvs”a istinad edərək xəbər verir ki, Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın artan təhdidlərinə qarşı çəkindirməni gücləndirmək məqsədilə bazar ertəsi Koreya yarımadası yaxınlığındakı sularda birgə sualtı qayıq əleyhinə təlimə başlayıb.

ABŞ-ın "Nimitz" nüvə təyyarədaşıyan gəmisinin iştirak etdiyi iki günlük birgə təlim hazırda Cənubi Koreyanın Ceju adasının cənubundakı sularda davam edir. Sonuncu üçtərəfli sualtı qayıq əleyhinə təlim sentyabr ayında keçirilib və təxminən beş ildən sonra keçirilən ilk təlim olub.

"Sualtı qayıq əleyhinə təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın Şimali Koreyanın irəliləyən sualtı təhdidlərinə, o cümlədən sualtı qayıqdan buraxılan ballistik raketə qarşı cavab imkanlarını artırmaq üçün təşkil edilib", - Cənubi Koreyanın Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Nazirlik həmçinin bildirib ki, təlimlər hər bir ölkənin müvafiq məlumatları aşkar etmək, izləmək və paylaşmaq imkanlarını gücləndirmək məqsədi ilə keçirilir.

Pxenyan tez-tez raket imkanlarını sınaqdan keçirir və bunu bu yaxınlarda Seul və Vaşinqton arasında keçirilən bir neçə müttəfiq hərbi təlimə etiraz olaraq həyata keçirib.

Martın ortalarında Şimali Koreya Cənubi Koreya və ABŞ hərbçiləri arasında “Azadlıq Qalxanı” birgə təlimi başlamazdan əvvəl, şərq sahillərindəki sularda sualtı qayıqdan iki qanadlı raket atdığını bildirib. Azadlıq Qalxanı son beş ildə keçirilən ilk genişmiqyaslı yaz hərbi təlimi idi.

dogruxeber.tv
Kamal Əsgərov

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər