Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda ilk dəfə səyyar göz müayinəsi aksiyası təşkil edilib.

"dogruxeber.tv" bildirir ki, Tibbi müayinə aksiyası əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə oftalmologiya sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi çərçivəsində keçirilib. Aksiyanın ilk günü Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmçinin qazilər müayinəyə cəlb ediliblər. Aksiyada, ümumilikdə 300 nəfərə yaxın Daşkəsən sakini iştirak edib.

Vətəndaşlar geniş imkanlara malik müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar klinikada Milli Oftalmologiya Mərkəzinin həkimlərinin ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün təyin edilməsi və digər müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Müayinələr əsnasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunaraq, müvafiq müalicə kursları təyin edilib.
Qeyd edək ki, səyyar tibbi müayinə aksiyaları yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədilə “AzerGold” QSC tərəfindən tərəfdaş qurumlarla birgə mütəmadi olaraq təşkil edilir.

Xatırladaq ki, “AzerGold” QSC, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Sağlamlıq Mərkəzi ilə birgə 2021-ci ildən etibarən həyata keçirilən müayinə aksiyaları zamanı ümumilikdə 1000 nəfərdən artıq Daşkəsən sakini cərrahiyə, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar.

Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

Daşkəsən rayonunda akademik Zərifə Əliyevanın 100 iliyinə həsr olunmuş səyyar göz müayinəsi aksiyası keçirilib - FOTO

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər