gundem / bolge / Mədəniyyət
10.05.2023
Dövlət Teatrının rəhbərinin müqavilə müddəti bitir
Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltanın teatrla müqavilə müddəti başa çatır.
Hələlik onunla bağlanmış müqavilə nazirlik tərəfindən yenilənməyib.
Bəs İntiqam Soltanı kim əvəz edəcək? O teatrda işinə davam edəcəkmi?
Lent.az-ın bu suallarına cavab verən direktor bildirib ki, o hələlik Mingəçevir teatrında işinə davam edir və hazırda ordadır.
“Müqavilə müddətim bu ay başa çatır. Dövlət harada münasib bilsə, xidmətimə orda davam etməyə hazıram. Teatr varsa, mənim üçün həyat var”- deyə İntiqam Soltan bildirib.
Teatra kimin rəhbərlik edəcəyinə dair sualın isə hələlik cavabı yoxdur.


