gundem / siyaset
18.05.2023
Mirzoyan sabahkı görüş üçün Moskvaya getdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya gedib.
"dogruxeber.tv" erməni KİV-ə istinadən xəbər verir ki, o, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşəcək.
Görüş Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə mayın 19-da baş tutacaq.
Qeyd edək ki, Ceyhun Bayramov görüş üçün bu gün səhər saatlarında Moskvaya gedib.



