DİM abituriyentlərə müraciət ETDİ

Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "dogruxeber.tv"a verilən məlumata görə, musiqi sənəti istiqaməti üzrə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio və musiqi ədəbiyyatı fənləri üzrə test imtahanları mərkəzləşdirilmiş şəkildə bir dəfə keçiriləcək. Bu fənlər musiqi istiqaməti üzrə müxtəlif komissiyalara daxil olduğundan ödəniş üsulunu sadələşdirmək məqsədi ilə abituriyent bir və ya iki komissiyadan qeydiyyatdan keçərək bir dəfə “harmoniya və solfecio” və bir dəfə “musiqi nəzəriyyəsi və solfecio” fənni üzrə imtahanda iştirak edə bilər. Nəzəriyyə imtahanında müsbət qiymət alan abituriyentlər artıq həmin komissiyanın digər imtahanlarında iştiraka görə ödəniş etməyəcəklər. Xatırladırıq ki, bir istiqamətə daxil olan ən çox dörd komissiya üzrə qeydiyyatdan keçə bilərsiniz. Odur ki, nəzəriyyə fənləri üzrə test imtahanlarında iştirak edib müsbət qiymət alan abituriyentlər ixtisas fənləri üzrə imtahanlara qeydiyyat zamanı nəzəriyyə fənlərinin keçid balına uyğun olan digər komissiyalar üzrə də qeydiyyatdan keçmək imkanı qazanırlar və həmin komissiyalara görə ödəniş edirlər.

- Musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçən abituriyentlər “harmoniya və solfecio” imtahan fənni olan 1 komissiya (18, 20, 27, 29, 30, 73 və 75) və “musiqi nəzəriyyəsi və solfecio” fənni olan 1 komissiya (19, 21, 22, 23, 24, 25, 26, 28, 31, 32, 33, 36, 71, 72, 74, 76, 83, 93, 95, 96) olmaqla, ümumilikdə 2 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

- 18, 20, 27, 29, 30, 73 və 75-ci komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər “harmoniya və solfecio” fənnindən müsbət qiymət aldıqda “musiqi ədəbiyyatı” fənni üzrə imtahanda iştirak edirlər.

- 21, 24-cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər isə “musiqi nəzəriyyəsi və solfecio” fənnindən müsbət qiymət aldıqda “musiqi ədəbiyyatı” fənni üzrə imtahanda iştirak edirlər.

Qeyd: 21 və 31-ci komissiyaların (viola və saksofon alətləri) hər ikisi üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər hazırkı qeydiyyat zamanı 21-ci komissiyanı seçməlidirlər.

İxtisas fənləri üzrə imtahanda iştirak etmək üçün qeydiyyat prosesi nəzəriyyə fənləri üzrə keçiriləcək test imtahanlarından sonra başlanacaq.

Qeyd edək ki, ixtisas fənləri üzrə keçirləcək imtahanlara qeydiyyat prosesi yalnız əlavə komissiyalar seçmək istəyənlərə aiddir. Bir komissiya üzrə qeydiyyatdan keçib nəzəriyyə imtahanından müsbət qiymət alan şəxslərin bu komissiya üzrə ixtisas imtahanında iştirak etmək üçün təkrar qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

Musiqi sənəti istiqamətinə aid komissiyalar üzrə seçim

Komissiyalar Nəzəriyyə fənləri seçim imkanı
18, 20, 27, 29, 30, 73 və 75 Harmoniya və solfecio,
Musiqi ədəbiyyatı 1
21, 24 Musiqi nəzəriyyəsi və solfecio, Musiqi ədəbiyyatı 1
19, 22, 23, 25, 26, 28, 31, 32, 36, 71, 72, 74, 76, 83, 93, 95, 96 Musiqi nəzəriyyəsi və solfecio
Nəzəriyyə fənləri üzrə keçirilən test imtahanlarında iştirak etməyən abituriyentlər ixtisas fənləri üzrə keçiriləcək imtahanlara buraxılmırlar.

Musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçərkən qabiliyyət imtahanlarının elektron qeydiyyat sistemində musiqi təhsili haqqında məlumat əks olunmalıdır. Məlumatlar “Musiqi məktəbi-məzun” elektron sistemindən götürülür. Bu məlumatlar qeyd olunan sistemdə olmadıqda musiqi sənəti istiqaməti üzrə qeydiyyatdan keçməyə icazə verilmirz. Bunun üçün abituriyentlər musiqi təhsili aldığı təhsil müəssisəsinə yaxınlaşmalı və müvafiq məlumatların “Musiqi məktəbi-məzun” bazasına daxil edilməsini təmin etməlidirlər.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər