Paşinyanın son Qarabağ bəyanatının arxasındakı hiyləgər PLAN - ŞƏRH

dogruxeber.tv: - Ermənistanın Baş naziri Nikol Paşinyan yeni etirafları ilə diqqət mərkəzinə düşüb.

O, Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən etiraf edib:

“Bəli, biz Azərbaycanın 86,6 min kv/km ərazisini tanıyırıq, bura Qarabağ da daxildir. Biz bu barədə sülh müqaviləsi də imzalamağa hazırıq”.

Baş nazir müharibənin qarşısını almaq üçün Qarabağın öz müqəddəratını təyinetmə iddiasından da əl çəkdiyini söyləyib:

“Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi Bakı ilə Xankəndi arasında beynəlxalq mexanizmlərin nəzarəti altında müzakirə edilməlidir”.

Görünür, artıq Nikol Paşinyan da Qarabağ münaqişəsinin bitdiyini və Qarabağın Azərbaycana məxsus olduğu reallığını dərk etməyə başlayıb. Amma bəzi ekspertlər onun fikirlərində fərqli niyyətləri olduğunu da söyləyirlər.

Mövzu ilə bağlı açıqlama verən politoloq Natiq Miri bildirib ki, əslində Nikol Paşinyanın açıqlamasında yenilik yoxdur:

“Sadəcə olaraq bu fikirlərdə müəyyən manipulyasiyalar mövcuddur. Çünki Paşinyan Qarabağla bağlı ərazi iddiasından imtina etdiyini indi yox, xeyli zamandır deyir. Bu isə Ermənistanda formalaşan bir fikir deyil. Bu, Qərb dünyasından Ermənistana ötürülüb. Bu da növbəti hiylədir.

Yəni ərazi iddiası şəklində Azərbaycanla münaqişədə perspektivin olmadığı gerçəyi rəsmi İrəvana başa salınandan sonra bu məsələ ərazi iddiasını əvəzləyən hüquq və təhlükəsizlik konteksində ortaya çıxıb. Bu, o deməkdir, gələcəkdə Qarabağda yaşayan əhalinin hüquq və təhlükəsizliyi konteksində istənilən zaman beynəlxalq birliyin və xarici ölkələrin müdaxiləsinə imkan yaradır.

Əslində, bu da Ermənistanın və beynəlxalq birliyin Azərbaycan üzərində Qarabağda təsir imkanlarına yol aça bilər. Çünki insan hüquqları və təhlükəsizlik məsələsi heç bir zaman heç bir ölkənin daxili işləri sayılmadığı üçün həmişə xarici faktorların müdaxiləsinə açıq olur. Hiylə bundan ibarətdir”.

Politoloq Paşinyanın açıqlamasında məsələnin qoyuluşuna da toxunub:

“O, Xankəndi ilə Bakı arasındakı danışıqların beynəlxalq mexanizmlərin nəzarəti altında keçirilməli olduğunu deyir. Axı Xankəndi nə zamandan müstəqil subyekt olub ki, rəsmi Bakı ilə bərabər səviyyədə təqdim olunur? Belə bir şey yoxdur və Azərbaycan bunu qəbul edə bilməz. Çünki Xankəndi adlı müstəqil subyekt yoxdur. Xalqların özlərinin müqəddaratını təyinetmə iddiasından əl çəkilirsə, nə üçün Xankəndi müstəqil subyekt kimi təqdim olunur?

Əgər Paşinyan Azərbaycanın bütövlüyünü tanıyırsa, Qarabağı Azərbaycanın tərkib hissəsi sayırsa, onda Qarabağda yaşayan erməni əhalisi ilə rəsmi Bakı arasında danışıqlar kimi təqdim etməli idi. Eynən, Vaşinqton və Brüssel görüşlərində olduğu kimi. Məsələ budur və burada aldanmaq lazım deyil. Beynəlxalq güclərin nəzarəti altında danışıqların aparılması Ermənistana prosesi illərlə uzatmağa imkan verir. Buna isə imkan vermək olmaz”. //Cebhe.info//

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər