gundem / hadise / idman / dunya
15.06.2023
Rusiyada futbolçu oyun vaxtı vəfat edib
Rusiyanın həvəskar Tolyatti Futbol Liqasının “Lada” - “Xali-Qali” oyunu zamanı faciəvi hadisə baş verib.
"DogruXeber/az" xəbər verir ki, qonaq komandanın kapitanı Qleb Berezovski əvəzlənərkən vəfat edib. 29 yaşlı futbolçu ehtiyat oyunçular skamyasına tərəf gedən zaman qazona yıxılıb və vəfat edib.
Ölümün səbəbləri hələ müəyyən edilməyib.



