Taksilər bahalaşdı: - Avtobus və metro sərnişin axınına hazır deyil

dogruxeber.tv: - Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin dünən keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində taksi sürücüsü barədə məlumatları informasiya sisteminə ötürməyənlərin 20 min manat cərimələnəcəyi öz əksini tapıb. Belə ki, Məcəlləyə yeni 326-2-ci maddə (Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə) əlavə olunur.

Dəyişikliklə taksi sifarişi operatorlar tərəfindən "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilmiş tələblərin pozulmasina, yəni "Fərdi məlumatlar haqqında" qanuna uygun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatlanın mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına; - hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən malumatların, o cümlədən sürücünün və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə vəzifəli şəxslər 10 500 manat məbləğində, hüquqi şəxslər isə 20 000 manat məbləğində cərimə ediləcək. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bir neçə gündür ki taksilərlə bağlı davam edən bu müzakirələr və qanun layihəsinə dəyişiklik taksilərin qiymətində artıma səbəb olub. Belə ki, “Bolt”, “Uber”, “Maxim” kimi beynəlxalq taksi xidmətlərinin qiymətlərində nəzərəçarpacaq səviyyədə artım qeydə alınıb. 5 manata olan məsafə bu taksi xidmətlərində 3-4 manat civarında qalxıb.

Bu da təbii ki, sərnişinlərin avtobuslara, metroya axınını gücləndirib. Baxmayaraq ki, ali və orta məktəblərdə tədris ili yekunlaşıb, yay mövsümü ilə əlaqədar paytaxtdan rayonlara gedənlərin sayı artıb, bununla belə, pik olmayan saatlarda da həm avtobuslarda, həm metroda sıxlıq yaşanır.

Nəzərə alsaq ki, “Bakı Metropoliteni” QSC yay qrafikinə keçidlə əlaqədar olaraq, qatarların sayını azaldacağını açıqlayıb, bu da heç şübhəsiz metroda sıxlığı daha da artıracaq. Səhər saatlarında istər avtobusda, istər metroda müşahidə etdiyimiz durum da bunu deməyə əsas verir. Hər kəsin gündəlik olaraq artan qiymətlərin fonunda taksiyə minməyəcəyi məlumdur. Xüsusilə Bakı kəndlərindən gələn avtobusların çoxunda kondinsionerin işləməməsi sərnişinlərin narazılığına səbəb olur. Təkcə avtobuslar deyil, xəttə buraxılan qatarların çoxunda kondinsioner işləmir və ya müəyyən fasilə ilə verilir ki, bunun da əziyyətini yenə vətəndaş çəkir.

Bütün bunlar xüsusilə, yay aylarında taksidən istifadə edə bilməyib, avtobus və metroya yönələn sərnişinlərin düşəcəyi durumun heç də ürəkaçan olmayacağını göstərir.

Bəzi statistik məlumatlara nəzər yetirək. Belə ki, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 647,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,6 faizi avtobus, 4,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 18,7 faiz artıb. Göstəricilərə əsasən, taksidən istifadə edən sərnişinlərin sayı azalıb. Belə ki, 2022-ci ilin göstəricilərinə əsasən, taksidən istifadə edən sərnişinlərin payı 6,0 faiz olub, bu ilin əvvəlinə isə 4,7 faiz təşkil edib. Bu da qiymət artımından irəli gələn amildir.//Cebhe.info

Son xəbərlər

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Bütün xəbərlər