gundem / Cəmiyyət
20.06.2023
Smartfon sahibinin yerini SMS vasitəsilə necə təyin etmək olar?
"dogruxeber.tv" softwarehow.com-a istinadən bildirir ki, artıq Smartfon sahibinin yerini SMS vasitəsilə dəqiq müəyyən etmək olar. Şimal-Şərqi və Nyu-York Universitetlərinin təhlükəsizlik mütəxəssisləri yeni bir araşdırmada bu texnikanı izah ediblər.
Onların sözlərinə görə, SMS-lərin çatdırılmasında gecikmələrin təhlili əsasında həmin mesajları alan şəxsin harada yerləşdiyini müəyyən etmək mümkündür.
Mütəxəssislər SMS göndərənə alıcının yerini müəyyən etməyə kömək edən maşın öyrənmə modelini öyrədiblər. Bu üsul tam dəqiq nəticə verməsə də, onun köməyi ilə müxtəlif ölkələr daxilində resipientin yerləşdiyi bölgəni 96% dəqiqliklə müəyyən etmək mümkündür.
Tədqiqatçılar abunəçinin yerini Belçikada tapmağa çalışıblar və sistem bu şəxsin yerləşdiyi ərazini 86%-ə qədər dəqiqliklə müəyyən edə bilib.
Bu sistem "səssiz" SMS texnologiyasına əsaslanır. Belə bir mesaj göndərildikdə, abunəçi bildiriş almır, göndərən tərəf isə alıcının yerini izləyə bilər. Tədqiqatçılar bu məqsədlə SMS mesajları göndərən belə proqramdan istifadə etməyə nail olublar.
Qeyd edildiyi kimi, yer məlumatı SMS-in çatdırılma gecikmə vaxtından hesablanır. Müddət operator tərəfindən mesajın göndərilməsi haqqında xidmət bildirişləri göndərildiyi andan SMS-in çatdırıldığı ana qədər müəyyən edilir. Maşın öyrənməsinə əsaslanaraq, tədqiqatçılar tərəfindən hazırlanmış sistem bu məlumatları təhlil edir və nəticələr çıxarır.
Sistem NSA LTE, LTE+ və 5G şəbəkələrinə malik on operatorun olduğu ABŞ, BƏƏ və yeddi Avropa ölkəsində sınaqdan keçirilib. Maraqlıdır ki, SMS-i alan şəxsin yerinin dəqiqliyi Belçikada ən yüksək olub. Yunanıstanda dəqiqlik 79%-ə, BƏƏ-də 76%-ə, Almaniyada 68%-ə çatıb.
dogruxeber.tv
Ulduz Talıblı



