gundem / siyaset / dunya
22.06.2023
MAQATE rəhbəri iyunun 23-də Rusiyaya səfər edəcək
MAQATE-nin baş direktoru Rafael Qrossi iyunun 23-də Rusiyaya səfər edəcək.
"dogruxeber.tv" qazeta.ru-ya istinadən bildirir ki, bu barədə bu gün Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Görüş sabah, ayın 23-də baş tutacaq", - o, Soçidə jurnalistlərə deyib.
Nazir müavini əlavə edib ki, Qrossi Kalininqrada səfər edəcək və burada onun Rosatomun baş direktoru Aleksey Lixaçevlə görüşü nəzərdə tutulub.
Ryabkov əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə heç bir əlaqə planlaşdırılmır.
dogruxeber.tv
Fatimə Kamalqızı


