gundem / siyaset / dunya
13.06.2023, 11:00
MAQATE-nin baş direktoru Ukraynaya getdiyini açıqlayıb
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynaya səfərini açıqlayıb. O, prezident Vladimir Zelenski ilə görüşməyi və oradakı Zaporijjya AES-ə baxış keçirməyi planlaşdırır.
"dogruxeber.tv" bildirir ki, "Ukraynaya getdim, orada prezident Zelenski ilə görüşəcəyəm", - deyə o Twitter-də yazıb.
Qrossi həmçinin MAQATE ekspert qrupunu rotasiya etməyi və Kaxovska SES bəndinin dağıdılmasından sonra yardım proqramını təqdim etməyi planlaşdırır. Bundan əvvəl o, MAQATE-nin zavodda mövcudluğunu gücləndirəcəyini və vəziyyəti BMT Təhlükəsizlik Şurasına təklif olunan beş təhlükəsizlik prinsipinə zidd qiymətləndirəcəyini vurğulayıb.
dogruxeber.tv
Fatimə Kamalqızı


