gundem / bolge / dunya
27.06.2023
Real Vinisius Juniorun sərbəst qalma məbləğini 1 milyard avro təyin edəcək
"dogruxeber.tv" Cadena Ser-in sözlərinə istinadən xəbər verir ki, Real Madrid və Vinisius Junior müqaviləni uzadacaq.
Müvafiq olaraq, 22 yaşlı braziliyalı forvardın 5 illik müqavilə ilə sərbəst qalma məbləği 1 milyard avro olaraq təyin olunacaq.
Həmçinin, o, dünyanın ən yaxşı futbolçusuna verilən Qızıl top mükafatını qazanarsa, böyük bonus alacaq.
Vinisius Junior Braziliyanın “Flamenqo” klubunun futbol akademiyasındandır və 2018-ci ilin yayında “Real”a keçib.
dogruxeber.tv
Ulduz Talıblı



