gundem / dunya / maraqli
3.07.2023
Alim rifləri bərpa etmək üçün keçmiş brakonyerlərlə işləyir
İndoneziyalı dəniz alimi Syafyudin Yusuf təxminən iyirmi ildir ki, keçmiş brakonyerlərlə birlikdə dinamitdən balıq ovu üçün istifadə edərək məhv edilmiş mərcan qayalarını bərpa etmək üçün işləyir.
"dogruxeber.tv" Routers-ə istinadən bildirir ki, onlar Sulavesi yaxınlığındakı Makassar boğazında Spermonde arxipelaqı kimi tanınan 120 adadan ibarət qrup ətrafında 11,5 hektar mərcan sahəsini bərpa ediblər.
Makassarın Hasanuddin Universitetinin araşdırmasına görə, on beş il əvvəl, balıqçılar indi qadağan edilmiş partlayıcı və kimyəvi maddələrdən istifadə etdiyi üçün ərazinin orijinal qayalıq ərazisinin yalnız 2%-i zədələnməmiş qalmışdı.
"Biz onların həyatına giririk və dağıdıcı balıqçılıqdan təbiəti mühafizəçi olmağa dəyişmək üçün onların düşüncələrinə təsir etməyə çalışırıq" deyən Syafyudin, komandasının mərcanların toxunulmaz böyüməsinə imkan vermək üçün dəniz dibinə çərçivələri lövbərlədiyini əlavə etdi.
dogruxeber.tv
Nərgiz Elnurqızı



