Naxçıvanda komanda-qərargah təlimi keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun 2023-cü ilin döyüş hazırlığı planına əsasən komanda-qərargah təlimi keçirilib.

"dogruxeber.tv" xəbər verir ki, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə, hissə və bölmələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılıb.

Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim döyüşə hazırolma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə bölmələr atəş və start mövqeləri tutduqdan sonra ərazidə maskalanma və mühafizə tədbirlərini yerinə yetiriblər. Təlim zamanı səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilib. İdarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil radioqovşaqlardan qərargahlararası məlumatlar mübadiləsinin yüksək keyfiyyətlə yerinə yetirilməsi təmin edilib. Aviasiya bölmələrinin təlimə hazırlıq məruzələri dinlənildikdən sonra Mİ-17 nəqliyyat-döyüş helikopterlərindən yer hədəflərinə müxtəlif döyüş manevrləri ilə hücum məşq etdirilib.

Təlimə cəlb edilmiş hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonununda fəaliyyət göstərən hava düşməninin zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar icra edilib. Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Ordu aviasiyası praktiki uçuşlarla hava düşmənini təqlid edib. Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhədinə uçub çatma vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb.

Alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya və minaatan bölmələri şərti düşmən hədəflərini aşkar edərək sərrast atəşlə məhv edib. Təlimdə döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə və komandirlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə nail olunub.

Son xəbərlər

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bütün xəbərlər