gundem / dunya
12.07.2023
Rusiya Çin avtomobillərinin idxalında liderdir
Rusiya Çin avtomobillərinin idxalına görə dünyada birinci yeri tutub.
"dogruxeber.tv"ın bildirdiyinə görə bu barədə Bloomberg agentliyi Çin Avtomobil İstehsalçıları Assosiasiyasının statistik məlumatlarına istinad edərək yazıb..
Bu ilin ilk beş ayında Çin Rusiyaya 287 min hazır avtomobil ixrac edib. Bu, hazırda ikinci yerdə olan və ötən il lider olan Meksikadan təxminən iki dəfə çoxdur. Rusiyada ən məşhur Çin markaları Chery, Geely, Great Wall var. Avropa Biznes Assosiasiyasının məlumatına görə, ilin birinci yarısında ölkədə satılan yeni avtomobillərin üçdə biri onların payına düşüb.
Rusiya hazır avtomobillərlə yanaşı, Çin avtomobil dəstlərini də idxal edir, onların köməyi ilə Çinin JAC avtomobili yerli “Moskviç”ə çevrilir. Bundan əlavə, “Kommersant” və “Vedomosti” qəzetlərinin yazdığına görə, “AvtoVAZ” hazırda “Lada” brendi altında Çinin “Donfeng” avtomobillərinin yığılması ilə bağlı danışıqlar aparır.
dogruxeber.tv
Ulduz Talıblı


