İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal edilən qızıl və gümüş tərkibli xəlitələrin saflaşdırılması və xarici bazarda satışı məqsədi ilə 2017-ci ildən etibarən əməkdaşlıq etdiyi İsveçrənin beynəlxalq nüfuzlu affinaj şirkəti “Argor-Heraeus”un təmsilçiləri ölkəmizdə səfərdə olublar.

Səfər London Qiymətli Metallar Bazarı Assosiasiyasının üzvü olan “Argor-Heraeus” şirkətinin həmin Assosiasiyanın “Məsuliyyətli Təchizatçı” Proqramı
çərçivəsində həyata keçirilib. Şirkətin nümayəndələri QSC-nin baş ofisində müxtəlif görüşlər keçirib, həmçinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsini ziyarət ediblər.

Beynəlxalq şirkətin vitse-prezidenti, Qlobal biznes bölməsinin Maliyyə direktoru Frank Mohrhardt və Keyfiyyətə nəzarət üzrə rəsmisi Maryana Cheterbok QSC-nin fəaliyyətini beynəlxalq tələblər və şəffaflıq meyarları üzrə qiymətləndiriblər. Belə ki, qonaqlar hasilat və istehsalat prosesi, ətraf mühitin mühafizəsi, sağlamlıq və əməyin təhlükəsizliyi, işçilər üçün yaradılmış əmək şəraiti və digər istiqamətlər üzrə görülən işlərlə əyani tanış olublar.

Audit heyəti “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinə aksiyasının həyata keçirildiyi düşərgəni də ziyarət edib, müayinə prosesini izləyib, yerli sakinlər arasında müxtəlif sorğular keçiriblər. Qonaqlar QSC-nin korporativ sosial məsuliyyət sahəsində icra etdiyi layihələr haqqında məlumatlar toplayaraq təhlil ediblər. Yoxlamanın ilkin nəticəsi olaraq müsbət rəyin formalaşdığı qeyd edilib, “AzerGold”un fəaliyyətinin beynəlxalq mədənçilik standartları, norma və prinsipləri çərçivəsində təşkil edildiyi vurğulanıb.

"dogruxeber.tv" məlumat üçün qeyd edir ki, beynəlxalq təcrübəyə uyğun olaraq nüfuzlu affinaj şirkətləri hasilatçı şirkətləri müxtəlif meyarlar əsasında araşdırır, dünya səviyyəsində tətbiq olunan əsas tələblər – KYC (Know Your Customer – Müştərini Tanı) və “Due Diligence” (hüquqi ekspertiza) prosedurları üzrə müxtəlif mərhələli yoxlamalardan keçirirlər. Yalnız bütün standartlara cavab verdiyi müəyyən edildikdən sonra şirkətə hasil edəcəyi xəlitələri saflaşdıra biləcəkləri barədə müsbət rəy verilir.
Xatırladaq ki, “AzerGold” QSC-yə müvafiq müsbət rəy 2017-ci ildə təqdim edilib.

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

İsveçrəninin “Argor-Heraeus” şirkəti “AzerGold” QSC-nin fəaliyyətini müsbət qiymətləndirib - FOTO

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər