Azərbaycanda dizel yanacağı BAHALAŞIR? – AÇIQLAMA

dogruxeber.tv: - Qlobal neft emalı sənayesi dizel yanacağı istehsalında artan çətinliklərlə üzləşir. Dünyada bu yanacaq növünün ehtiyatları artan tələb və təklif çatışmazlığı fonunda son dərəcə aşağı səviyyədədir.

ABŞ-da dizel yanacağı fyuçersləri 140 dollara çatıb ki, bu da ilin bu vaxtı üçün rekorddur. Eyni müddət ərzində Avropa İttifaqında da dizelin qiyməti 60% artıb.

Maraqlıdır, qiymət artımın Azərbaycana hər hansı təsiri varmı?

Yəni ölkədə dizelin qiyməti bahalaşa bilərmi? Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli Azərbaycanda bütün yanacaq növlərinin qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini bildirib.

O, nə daxili, nə də xarici bazarın qiymətlərə ciddi təsiri olduğunu qeyd edib:

“Azərbaycanda qiymətlər rəsmi qərarlarla idarə edilir. İkinci bir tərəfdən Azərbaycan nə dizel yanacağının xammalını xaricdən alır, nə də bu yanacaq növünü xaricdə istehsal edir. Dizel ölkə daxilində dövlət şirkəti olan Bakı Neftayırma zavodunda istehsal və emal olunur.

Ona görə də dünyada dizel yanacağının bahalaşmasının Azərbaycanın daxili bazarına elə də təsiri yoxdur. Həmçinin dünyada gedən hazırki dalğalanmanın iqtisadi baxımdan Azərbaycanın daxili bazarına da təsiri yoxdur.

Sadəcə olaraq dövlət əgər qərar versə, dizel yanacağının qiyməti qalxacaq. Tarif Şurası qiymətlərin artmasına qərar verməsə, buna heç bir iqtisadi zəmin yoxdur”.

Ekspert əlavə edib ki, dünyada dizel yanacağının qıtlığı digər yanacaq növlərinin tələbatını artırır. Yəni dizel yanacağı qıtlaşdığı üçün bahalaşır və bu bahalaşma aradakı fərqi götürür.//Bizim.Media

Son xəbərlər

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Türkiyə millisi məğlub oldu

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

Bütün xəbərlər